Bakı. 12 noyabr. REPORT.AZ/ Avropada birgə antiterror əməliyyatları çərçivəsində 17 nəfər həbs olunub. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, onlar İŞİD beynəlxalq terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinir.
İtaliya polisinin verdiyi məlumata görə, həbs olunanlar Yaxın Şərqdə Norveç və Britaniya diplomatlarına qarşı terror hücumları planlaşdırmaqda şübhəli bilinir.
İtaliya hökumətinin verdiyi məlumata görə, saxlanılanlardan biri Kosovodandır, digərləri isə kürdlərdir. Onlardan yeddisi İtaliyada, dördü Böyük Britaniyada, üçü Norveçdə, biri isə Finlandiyada həbs olunub.