Avropada havaların soyuması qaçqın uşaqların vəziyyətini pisləşdirib

Avropada havaların soyuması qaçqın uşaqların vəziyyətini pisləşdirib UNICEF əməkdaşları uşaqlı ailələrə kömək etməyə çalışırlar
Digər ölkələr
24 Yanvar , 2017 21:57
Avropada havaların soyuması qaçqın uşaqların vəziyyətini pisləşdirib

Bakı. 24 yanvar. REPORT.AZ/ Şaxtalı havalar Avropada qaçqın və miqrantların, eləcə də, uşaq və yeniyetmələrin həyat şəraitinin pisləşməsinə gətirib çıxarıb.

"Report" xəbər verir ki, təkcə Yunanıstan və Balkan ölkələrində 24 min uşaq qeydiyyat növbəsindədir.

Ekspertlər qeyri-müəyyən vəziyyətin uşaq psixikasına mənfi təsir göstərə biləcəyinə dair xəbərdarlıq edirlər və sosial işçiləri ayıq-sayıq olmağa çağırırlar.

"Söhbət təkcə soyuqdan donmuş uşaqlar üçün isti ayaqqabıdan getmir. Uşaqlar bürokratik prosedurların qurbanı olurlar, onlar aylarla "asılı" vəziyyətdə qalırlar. Və bu onların psixikasına çox böyük təsir göstərir", - deyə UNİCEF-in əməkdaşı Sara Krou bildirib.

Onun sözlərinə görə, UNİCEF əməkdaşları uşaqlı ailələrə köməklik göstərməyə çalışırlar. Onlar hazırda isidilməyən çadırlardan mehmanxana və yataqxanalara köçürülüblər, bəzilərini Yunanıstanın materik hissəsinə aparmaq mümkün olub.

UNİCEF xatırladır ki, uşaqların təqribən 17 faizi Avropaya böyüklərin müşayiəti olmadan gəlirlər.

Son xəbərlər

Orphus sistemi