Avropa “Vega-C”nin buraxılışını bərpa edəcək

Avropa “Vega-C”nin buraxılışını bərpa edəcək Avropa Kosmik Agentliyi (AKA) dekabrda baş vermiş qəzadan sonra dayandırılmış “Vega-C” yüngül daşıyıcı raketlərin buraxılışlarını bərpa etmək istəyib.
Digər ölkələr
5 Mart , 2023 06:14
Avropa “Vega-C”nin buraxılışını bərpa edəcək

Avropa Kosmik Agentliyi (AKA) dekabrda baş vermiş qəzadan sonra dayandırılmış “Vega-C” yüngül daşıyıcı raketlərin buraxılışlarını bərpa etmək istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AKA-nın mətbuat xidməti məlumat yayıb.

“AKA və “Arianespace”in işçi qrupu “Vega-C” raketlərinin uçuşa təhlükəsiz qayıtmasını təmin etmək üçün dekabrın 21-də qəzanın səbəblərini araşdıran komissiyanın təklif etdiyi yol xəritəsini həyata keçirməyə başlayıb. Təxmini buraxılış vaxtı 2023-cü ilin sonu”, - açıqlamada qeyd olunub.

Agentlik əlavə edib ki, 2022-ci ildə baş verən qəzaya səbəb ucluq boğazının zədələnməsi olub. Qeyd olunur ki, bu hissə Ukraynada “Vega-C” istehsal edən İtaliyanın “Avio” şirkəti tərəfindən alınıb.

AKA-nın baş direktoru Yozef Aşbaxer vurğulayıb ki, müstəqil komissiya “Veqa-C” raketlərinin xidmətə qaytarılmasını təmin edəcək tədbirlər proqramı təklif edib.

Son xəbərlər

Orphus sistemi