Avropa və Afrika liderləri mühacir problemini Maltada müzakirə edəcək

Avropa və Afrika liderləri mühacir problemini Maltada müzakirə edəcək Tədbirə 10 Afrika dövlətinin liderləri ilə yanaşı Aİ-yə üzv olan 28 ölkənin rəsmiləri qatılacaq
Digər ölkələr
11 Noyabr , 2015 04:00
Avropa və Afrika liderləri mühacir problemini Maltada müzakirə edəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Yaxın 2-3 gün ərzində Maltanın paytaxtı Valetta şəhəri Avropa İttifaqı (Aİ) və Afrika liderlərinin görüş yeri olacaq.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Aİ-Afrika sammitinin rəsmi açılış mərasimi noyabrın 12-ə nəzərdə tutulub. Tədbirə 10 Afrika dövlətinin liderləri ilə yanaşı Aİ-yə üzv olan 28 ölkənin rəsmiləri qatılacaq.

Sammitdən dərhal sonra isə Maltada Aİ liderlərinin növbədənkənar iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi