Avropa Şurasının baş katibi Rusiyanın təşkilatdan çıxması ilə bağlı bildiriş alıb

Avropa Şurasının baş katibi Rusiyanın təşkilatdan çıxması ilə bağlı bildiriş alıb Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması və Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etməsi barədə rəsmi bildiriş alıb.
Digər ölkələr
114
16 Mart , 2022 04:22
Avropa Şurasının baş katibi Rusiyanın təşkilatdan çıxması ilə bağlı bildiriş alıb

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması və Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etməsi barədə rəsmi bildiriş alıb.

"Report" xəbər verir ki, bu barədə qurumun sözçüsü Daniel Höltgen tviter səhifəsində yazıb.

Qeyd edək ki, dünən Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb. 

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər. Qərarın əleyhinə heç bir ölkə səs verməyib. Rusiyanın AŞPA-dan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib.

Son xəbərlər

Orphus sistemi