Avropa Şurasının baş katibi: "Rusiyanın AŞPA-ya dönmək fikri yoxdur"

Avropa Şurasının baş katibi: "Rusiyanın AŞPA-ya dönmək fikri yoxdur" Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya gələn ilin yanvar ayından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmaq niyyətində deyil.
Digər ölkələr
11 Oktyabr , 2018 18:00
Avropa Şurasının baş katibi: Rusiyanın AŞPA-ya dönmək fikri yoxdur

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Rusiya gələn ilin yanvar ayından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmaq niyyətində deyil".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbyorn Yaqland deyib.

Onun sözlərinə görə, Rusiya illik üzvlük haqqını ödəməyəcək.

Ötən gün “Kommersant” nəşri Rusiyanın Avropa Şurasına 2017-ci ilin iyun ayından üzvlük haqqı ödəmədiyinə görə qurumdan xaric edildiyini bildirmişdi. Hazırda AŞPA-nın büdcə kəsiri 18 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi