Avropa Şurasının baş katibi: "Britaniyadakı referendumun qərarına hörmət etmək lazımdır"

Avropa Şurasının baş katibi: "Britaniyadakı referendumun qərarına hörmət etmək lazımdır" "İndi hamı fikrini Avropa xalqları ailəmizi birləşdirməyə yönəltməlidir"
Digər ölkələr
24 İyun , 2016 13:02
Avropa Şurasının baş katibi: Britaniyadakı referendumun qərarına hörmət etmək lazımdır

Bakı. 24 iyun. REPORT.AZ/ Avropa Şurasının baş katibi Turbyorn Yaqland Böyük Britaniyada Avropa İttifaqı üzvlüyü ilə bağlı keçirilmiş referendumun nəticələrini şərh edib.

"Report" xəbər verir ki, T.Yaqland Britaniyadakı referendumun demokratik qərarına hörmət etmək lazım olduğunu vurğulayıb.

"Hazırda Avropa İttifaqı üçün ən yaxşı yol həm Böyük Britaniya, həm də Avropa vətəndaşları üçün ən uyğun nəticə əldə etmək məqsədilə Böyük Britaniya hökuməti ilə birgə işləməkdir. İndi hamı fikrini Avropa xalqları ailəmizi birləşdirməyə yönəltməlidir", - deyə norveçli baş katib bildirib.

Son xəbərlər

Orphus sistemi