Avropa Parlamenti ÜTT-ni modernləşdirməyə çağırıb

Avropa Parlamenti ÜTT-ni modernləşdirməyə çağırıb ÜTT-nin qaydaları və prosesləri təcili olaraq yenidən nəzərdən keçirilməlidir
Digər ölkələr
29 Noyabr , 2018 17:03
Avropa Parlamenti ÜTT-ni modernləşdirməyə çağırıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Avropa Parlamenti Ümumdünya Ticarət Təşkilatını (ÜTT) fəaliyyətini təcili olaraq modernləşdirməyə çağırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq qətnamə bu gün Avropa Parlamentinin plenar sessiyasında təsdiq edilib.

Qətnaməni 471 parlamentari dəstəkləyib, 80 nəfər ona qarşı çıxıb.

"Avrodeputatlar təcili olaraq Ümumdünya Ticarət Təşkilatının modernləşdirilməsini istəyirlər... ÜTT-nin qaydaları və prosesləri təşkilatın aktuallığını və effektivliyini qoruması üçün təcili olaraq yenidən nəzərdən keçirilməlidir", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi