Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə çağırıb

Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə çağırıb Avropa Parlamentinin üzvləri Ukraynaya dəstəyi gücləndirməyə və onun Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunu təmin etməyə çağırıblar.
Digər ölkələr
9 İyun , 2022 02:14
Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə çağırıb

Avropa Parlamentinin üzvləri Ukraynaya dəstəyi gücləndirməyə və onun Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunu təmin etməyə çağırıblar.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici və müdafiə siyasətinin dəyişdirilməsi ilə bağlı Avropa Parlamentinin plenar iclasında qəbul edilmiş qətnamədə deyilir.

Sənəddə qeyd edilir ki, Ukrayna xalqı ilə həmrəyliyin siyasi əlaməti kimi bu ölkəyə namizəd statusu verilməlidir.

Bundan əlavə, Avropa ölkələri Ukraynaya lazım olan silahları dərhal verməyə, habelə hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin yenidən qurulmasına maksimum töhfə verməyə hazır olmağa çağırır. Qətnamə müəllifləri, həmçinin Ukraynanın bərpası məqsədilə dondurulmuş Rusiya aktivlərinin və vəsaitlərinin müsadirə edilməsi üçün hüquqi mexanizm yaratmağı təklif ediblər.

Son xəbərlər

Orphus sistemi