Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnamə qəbul ediblər.
Digər ölkələr
154
16 Dekabr , 2021 20:33
Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib

Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnamə qəbul ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat isə bitərəf qalıb.

Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Aİ-dəki bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.

Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur ki, bu da rus şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi