Avropa Parlamenti Rusyaya qarşı yeni sanksiyalar tələb edəcək

Avropa Parlamenti Rusyaya qarşı yeni sanksiyalar tələb edəcək "Rusya qurumlarının maliyyə əməliyyatlarını keçirmə imkanı məhdudlaşdırılsın"
Digər ölkələr
14 Yanvar , 2015 23:27
Avropa Parlamenti Rusyaya qarşı yeni sanksiyalar tələb edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Avropa Parlamenti (AP) Rusyaya qarşı yeni sanksiyaların tətbiqini tələb edəcək.

"Report"un TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, sözü gedən qərar layihəsi yanvarın 15-də AP-də müzakirəyə çıxarılacaq.

Avropa Şurası rəhbərliyinə tövsiyə olunacaq ki, Ukraynada baş verən prosesləri nəzərə alaraq Rusya qurumlarının maliyyə əməliyyatlarını keçirmə imkanı məhdudlaşdırılsın.

Xatırladaq ki, Polşanın sabiq baş naziri, Avropa İttifaqı Şurasının hazırki sədri Donald Tusk bəyan etmişti ki, AB öz xarici kursunu Rusya ilə düşmənçilik düşüncəsi təməlində qurmaq niyyətində deyil.

Qeyd edək ki, AB-yə üzv 28 ölkənin XİN rəhbərləri yanvarın 19- da Brusseldə növbəti dəfə bir araya gələcək. 

Son xəbərlər

Orphus sistemi