Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarına embarqo tətbiqinə dair qətnamə qəbul edib

Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarına embarqo tətbiqinə dair qətnamə qəbul edib Avropa Parlamenti Rusiyadan ixrac olunan neft və təbii qaza embarqonun təcili tətbiqini dəstəkləyib.
Digər ölkələr
7 aprel 2022 13:18
Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarına embarqo tətbiqinə dair qətnamə qəbul edib

Avropa Parlamenti Rusiyadan ixrac olunan neft və təbii qaza təcili embarqonun tətbiqini dəstəkləyib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) deputatı Gi Verhofştadt bildirib.

Onun sözlərinə görə, AP deputatları əlavə cəza tədbirlərinə, o cümlədən Rusiyadan neft, kömür, nüvə yanacağı və qaz ixracına dərhal tam embarqo qoyulması çağırışı ilə bağlı qətnaməni dəstəkləyiblər.

Bildirilib ki, 552 deputatdan 513-ü sənədin lehinə, 22-si isə əleyhinə səs verib, 19 deputat bitərəf qalıb.

Məlumata görə, parlamentin qərarı məcburi xarakterli deyil, zəmanət mahiyyətlidir. Onun icra olunması üçün Avropa Komissiyası da qərar çıxarmalıdır.

Son xəbərlər

Orphus sistemi