Rumıniya və Macarıstanın avrokomissar vəzifəsinə namizədləri qəbul edilməyib

Rumıniya və Macarıstanın avrokomissar vəzifəsinə namizədləri qəbul edilməyib Rumıniya və Macarıstandan Avropa İttifaqının nəqliyyat, həmçinin qonşuluq və genişləndirmə məsələləri üzrə komissarları vəzifəsinə irəli sürülən namizədlərin adları siyahıdan çıxarılır.
Digər ölkələr
26 Sentyabr , 2019 17:42
Rumıniya və Macarıstanın avrokomissar vəzifəsinə namizədləri qəbul edilməyib
РИА "Новости"

Rumıniya və Macarıstandan Avropa İttifaqının nəqliyyat, həmçinin qonşuluq və genişləndirmə məsələləri üzrə komissarları vəzifəsinə irəli sürülən namizədlərin adları siyahıdan çıxarılır. 

"Report" "Politico"ya istinadən xəbər verir ki, Avropa Parlamentinin üzvləri potensial maraqların toqquşmasından çəkinərək belə bir qərar qəbul ediblər.

Belə ki, Avropa Parlamentinin Hüquqi məsələlər komitəsinin bağlı qapılar arxasında keçirilən iclasından və qarşı tərəf dinlənildikdən sonra rumıniyalı Rovan Plumbun Avropa İttifaqının nəqliyyat, macarıstanlı Laslo Troksanyinin isə qonşuluq və genişləndirmə məsələləri üzrə komissar vəzifəsinə namizədliyinin əleyhinə səs verilib. 

Bu qərarının Avropa Komissiyasının yeni rəhbəri seçilmiş və noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq Ursula fon der Lyayen üçün ilk ciddi maneə olduğu bildirilib.

Xəbərdə həmçinin vurğulıanıb ki, bundan sonra komitə müvafiq qaydada Avropa Komissiyasının yeni seçilmiş sədrini məsələ barədə xəbərdar edib. İndi hansı addımın atılacağına dair qərarı məhz Ursula fon der Lyayen verməlidir.

Son xəbərlər

Orphus sistemi