Avropa Parlamenti Macarıstanla bağlı qərar qəbul edib

Avropa Parlamenti Macarıstanla bağlı qərar qəbul edib Bakı. 12 sentyabr. REPORT.AZ/ Avropa Parlamenti Macarıstanla bağlı qərar qəbul edib.
Digər ölkələr
12 Sentyabr , 2018 16:37
Avropa Parlamenti Macarıstanla bağlı qərar qəbul edib
Getty

Bakı. 12 sentyabr. REPORT.AZ/ Avropa Parlamenti Macarıstanla bağlı qərar qəbul edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, qərarla Avropa İttifaqı (Aİ) müqaviləsinin 7-ci maddəsi - üzv dövlətlərinin bəzi hüquqlardan müvəqqəti məhrum edilməsi Macarıstana tətbiq olunub.

İttihama əsasən, Macarıstan demokratik normalara “inadkar hörmətsizlik” göstərir. Avropa Parlamentinin üzvlərindən 448 nəfər qərarın lehinə, 197 nəfər əleyhinə səs verib, 48 nəfər isə bitərəf qalıb.

Həmçinin qeyd olunur ki, Avropa Parlamenti Aİ tarixində ilk dəfədir sözügedən maddəni tətbiq etməyi lazım bilib.

İngilis versiyası EU decides to punish Hungary

Son xəbərlər

Orphus sistemi