Avropa Parlamenti Almaniyanın keçmiş kanslerinə sanksiya tətbiq edib

Avropa Parlamenti Almaniyanın keçmiş kanslerinə sanksiya tətbiq edib Avropa Parlamenti Almaniyanın keçmiş kansleri Gerhard Şröderə qarşı sanksiyalar tətbiq edəcək
Digər ölkələr
19 may 2022 11:36
Avropa Parlamenti Almaniyanın keçmiş kanslerinə sanksiya tətbiq edib
Gerhard Şröder

Avropa Parlamenti Almaniyanın keçmiş kansleri Gerhard Şröderə qarşı sanksiyalar tətbiq edib.

“Report” “Bild” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Brüsseldə müvafiq qətnamə qəbul olunub.

Qətnaməyə əsasən, Avropa Parlamentinin böyük əksəriyyəti sabiq siyasətçiyə qarşı sanksiyaların tətbiqinin lehinə səs verib.

Səbəb siyasətçinin Rusiyanın dövlət şirkətləri, məsələn, “Rosneft” ilə münasibətdə davam edən fəaliyyəti olub.

Bildirilib ki, bununla yanaşı sanksiyaların davam olaraq Şröderin Avropadakı aktivlərinin dondurulması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi