Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibinin təsdiqlənməsini bir ay müddətinə təxirə salıb

Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibinin təsdiqlənməsini bir ay müddətinə təxirə salıb Avropa Parlamenti avrokomissarlığa namizədlərinin gecikməsi ilə əlaqədar Avropa Parlamentinin yeni tərkibinin təsdiqlənməsi ilə bağlı yekun səsverməni təxirə salıb.
Digər ölkələr
17 Oktyabr , 2019 11:57
Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibinin təsdiqlənməsini bir ay müddətinə təxirə salıb
РИА "Новости"

Avropa Parlamenti avrokomissarlığa namizədlərinin gecikməsi ilə əlaqədar Avropa Parlamentinin yeni tərkibinin təsdiqlənməsi ilə bağlı yekun səsverməni təxirə salıb.

"Report" RİA “Novosti”yə istinadən xəbər verir ki, indi AK-nın yeni tərkibi yalnız dekabrın 1-dən, yəni təyin olunan vaxtdan bir ay sonra işinə başlayacaq.

Qeyd edək ki, AK-nın yeni tərkibi noyabrın 1-dən işinə başlamalı idi. Bunun üçün oktyabrın 23-də onun tərkibinin təsdiqlənməsi ilə bağlı səsvermə keçirilməsi planlaşdırılırdı. Amma namizədlərin iştirakı ilə keçirilən komitə dinləmələrinin nəticələrinə əsasən, avrodeputatlar Fransa, Rumıniya və Macarıstandan olan üç potensial Avropa komissarının namizədliyini qəbul etməyib. Hələlik yeni namizədlər təqdim edilməyib, dinləmələr təyin olunmayıb.

"Sədr və siyasi fraksiyaların rəhbərləri dinləmələrə yekun vurub. Parlament Avropa Komissiyasının yeni tərkibinin dekabrın 1-dən işə başlamasına imkan vermək üçün vaxtında səs verməyə hazırdır və Avropa komissarı üçün üç yeni namizədin tezliklə təyin olunmasını xahiş edir", - Avropa Parlamentinin mətbuat katibi Jaume Duç Qiyo “Twitter” hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi