Avropa Parlamenti Aİ və Britaniya arasındakı münasibətlərə dair razılaşmanı təsdiqləyib

Avropa Parlamenti Aİ və Britaniya arasındakı münasibətlərə dair razılaşmanı təsdiqləyib AP başçısı David Sassolinin bildirdiyinə görə, 660 deputat razılaşmanın lehinə səs verib, 5 nəfər buna qarşı çıxıb, 32 parlamentari isə bitərəf qalıb
Digər ölkələr
28 Aprel , 2021 15:57
Avropa Parlamenti Aİ və Britaniya arasındakı münasibətlərə dair razılaşmanı təsdiqləyib

Avropa Parlamenti (AP) Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra Aİ və krallıq arasındakı ikitərəfli əlaqələrə dair razılaşmanı təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, dünən distant qaydada keçirilmiş səsvermənin nəticələrini AP-nin “Brexit” üzrə koordinatoru və liberalların lideri Gi Verhofstadt açıqlayıb.

“Avropa Parlamenti Aİ və Böyük Britaniya arasında ticarət və əməkdaşlıq razılaşmasını təsdiqlədi! Maneələr yaratmaq və azadlıqları ortadan qaldırmaq üzrə ilk ticarət anlaşması? Hər iki tərəf üçün uğursuzluq oldu, amma heç nədənsə bu yaxşıdır”, - o, tvitter hesabında yazıb.

AP başçısı David Sassolinin bildirdiyinə görə, 660 deputat razılaşmanın lehinə səs verib, 5 nəfər buna qarşı çıxıb, 32 parlamentari isə bitərəf qalıb.

AP-nin razılaşmanı təsdiq etməsi dərhal Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurası sədri Şarl Mişel tərəfindən alqışlanıb. “Avropa Parlamentinin Aİ ilə Böyük Britaniya arasında ticarət və əməkdaşlıq razılaşmasının lehinə səs verməsini səmimi qəlbdən alqışlayıram. Bu, Britaniya ilə möhkəm və sıx tərəfdaşlığın təməlini qoyur. Razılaşmaya mehriban qonşuluq ilə yanaşmaq çox vacibdir”, - Ursula fon der Lyayen tvitterdə yazıb.

“Avropa Parlamentinin ticarət və əməkdaşlıq razılaşması ilə bağlı səsverməsinin nəticələrini müsbət qarşılayıram. Bu, Aİ-Böyük Britaniya münasibətlərində irəliyə doğru atılan addımdır və yeni dövr açır. Aİ vacib dost və tərəfdaş kimi, Britaniya ilə konstruktiv fəaliyyəti davam etdirəcək”, - Şarl Mişel bildirib.

Son xəbərlər

Orphus sistemi