Avropa Konstitusiya Məhkəməsi Palatasının yaradılması istənilir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski belə bir təkliflə çıxış edib.
Onun sözlərinə görə, Avropa Konstitusiya Məhkəməsi Palatasında Avropa İttifaqına üzv ölkələrin Konstitusiya məhkəmələrinin təyin etdiyi hakimlərdən ibarət heyət ola bilər: "Məhkəmələrdə ortaq məxrəc tapmaq üçün belə bir platforma olmalıdır”.