Avropa Komissiyası
“Report” AK-ya istinadən xəbər verir ki, açıqlamada oktyabrın 31-nə təyin olunmuş “Brexit”in sazişsiz həyata keçiriləcəyi təqdirdə həm Aİ ölkələri, həm də Böyük Britaniya üçün ciddi iqtisadi fəsadlara səbəb olacağı qeyd olunub.
Eyni zamanda sənəddə özəl qurumlara yekun hazırlıqlar görməkdə yardım məqsədilə yoxlama siyahısı dərc edilib.
AK Avropa Parlamenti və Avropa Şurası üçün nəqliyyat, balıqçılıq, Aİ büdcəsi, habelə İrlandiyaya dair vəziyyətlə bağlı texniki tənzimləmə ilə bağlı görüləcək xüsusi tədbirləri sadalayır.