Lüksemburqun sabiq baş naziri Yunker bu vəzifəyə Avropa Parlamentinin bu ilin iyul ayında keçirilən plenar sessiyasında seçilib. O, tələb olunan 376 səs əvəzinə 400 səs toplayıb.
Bu gündən Avstriyanın siyasi xadimi Yohannes Han Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füleni əvəz edəcək. Energetika üzrə komissar vəzifəsini isə Maroş Şevçoviç tutacaq.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə İtaliyanın hazırkı xarici işlər naziri Federika Moqerini təyin olunub.