Avropa Komissiyasının Ursula fon der Lyayenin rəhbərliyi altında yeni tərkibinin təsdiqlənməsi proseduru bu gün tamamilə başa çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki,
Bildirilir ki, yeni heyət 2019-cu ilin 1 dekabrından 2024 ilin 31 oktyabrınadək fəaliyyət göstərəcək.
"Avropa İttifaqı 27 noyabr 2019-cu ili Avropa Komissiyasının tam tərkibini təsdiq etməklə bağlı Avropa Parlamentinin razılığından sonra bu gün 2019-cu ilin 1 dekabrından 2024-cü ilin 31 oktyabrına qədər Avropa Komissiyasının yeni tərkibinin yazılı prosedurunu təyin edib", - bəyanatda deyilir.
Avropa Parlamentinin (AP) deputatları Avropa Komissiyasının (AK) Ursula fon der Lyayenin rəhbərliyi altındakı yeni tərkibini dünən təsdiqləyib. Səsvermə Strasburqdakı plenar sessiyada baş tutub. 461 deputat təklif olunan komissarların lehinə, 157 nəfər isə əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb.