Avropa Komissiyasının sədri: "Şengen zonası fəaliyyətini davam etdirmək problemi ilə üzləşib"

Avropa Komissiyasının sədri: "Şengen zonası fəaliyyətini davam etdirmək problemi ilə üzləşib" Yunker: "Bu gün sərhədlərdə nəzarət tətbiq edirlər, birisi gün isə vahid valyutanın nəyə lazım olduğunu soruşacaqlar"
Digər ölkələr
19 Yanvar , 2016 14:49
Avropa Komissiyasının sədri: Şengen zonası fəaliyyətini davam etdirmək problemi ilə üzləşib

Bakı. 19 yanvar. REPORT.AZ/ "Miqrasiya böhranı ilə əlaqədar Şengen zonası fəaliyyətini davam etdirmək problemi ilə üzləşib". "Report"un məlumatına görə, bu sözləri Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Parlamentinin bu gün Strasburqda keçirilən plenar iclasında deyib.

"Şengen zonası üzərində çox böyük təhlükə var. Hətta bunu həyatda qalmaq uğrunda mübarizə kimi də dəyərləndirmək olar. Bu gün sərhədlərdə nəzarət tətbiq edirlər, sabah bunun iqtisadi dəyərinin əhəmiyyətli olduğunu hesab edəcəklər, birisi gün isə sərbəst hərəkət və daxili bazar olmadığından, vahid valyutanın nəyə lazım olduğunu soruşacaqlar", - deyə J-K.Yunker bildirib.

Son xəbərlər

Orphus sistemi