Bakı. 13 fevral. REPORT.AZ/ Avropa Komissiyasının sədri Jan Klod Yunker bu posta ikinci müddətə namizəd olmayacaq.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Jan Klod Yunker jurnalistlərə müsahibəsində təsdiqləyib.
“Bir neçə ay əvvəl açıq-aşkar dedim ki, ikinci müddətə namizədliyimi irəli sürmək niyyətində deyiləm. Mən bunu Almaniyada bildirmişdim, indi eyni məsələni Lüksemburqda da təkrarlayıram”, - Avrokomissiyanın sədri jurnalistlərə açıqlamasında vurğulayıb.
Məlumata görə, o, bu vəzifədən bezmədiyini deyib: “Mən bu vəzifənin icrasına başlayanda da 5 il işləcəyəmi bildirmişdim”.
Qeyd edək ki, Jan Klod Yunkerin və Avrokomissiyanın üzvlərinin səlahiyyət müddəti 2019-cu ilin payızında başa çatır.