Avropa Komissiyasının sədri ikinci müddət üçün namizədlikdən imtina edib

Avropa Komissiyasının sədri ikinci müddət üçün namizədlikdən imtina edib Yunkerin səlahiyyət müddəti 2019-cu ildə başa çatacaq
Digər ölkələr
12 Fevral , 2017 00:56
Avropa Komissiyasının sədri ikinci müddət üçün namizədlikdən imtina edib

Bakı. 12 fevral. REPORT.AZ/ Avropa Komissiyasının hazırkı sədri Jan-Klod Yunker jurnalistlərə açıqlamasında ikinci müddət üçün namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“İkinci dəfə namizədliyimi irəli sürməyəcəyəm”, - deyə Yunker söyləyib.

Jan-Klod Yunker Avropa Komissiyasına 1 noyabr 2014-cü ildən rəhbərlik edir. AK sədrinin səlahiyyət müddəti 5 ildir. Belə olan halda, Yunkerin səlahiyyət müddəti 2019-cu ildə başa çatacaq.

AK Avropa İttifaqının ali icraedici orqanıdır. Avropa Komissiyasının sədri Avropa Parlamenti tərəfindən seçilir. 

Son xəbərlər

Orphus sistemi