Avropa Komissiyasının sədri: ABŞ-dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik

Avropa Komissiyasının sədri: ABŞ-dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
Digər ölkələr
30 Yanvar , 2025 13:23
Avropa Komissiyasının sədri: ABŞ-dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik
Ursula fon der Lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"Vaşinqtonda baş vermiş dəhşətli qəza - təyyarə və helikopterin toqquşması xəbərindən dərindən kədərləndik. Avropa bu ağır vaxtda həlak olanların ailələrini və bütövlükdə Amerika xalqını dəstəkləyir. Qəlbimiz və düşüncələrimiz sizinlədir", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi