“Avropa İttifaqına üzv dövlətlərin Rusiyaya qarşı dördüncü sanksiyalar paketini qəbul etməsini alqışlayıram”.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter səhifəsində yazıb.
“Bu, Vladimir Putinin müharibə aparmaq üçün maliyyə imkanlarını daha da zəiflədəcək. Kreml Ukraynada müharibəni dayandırana qədər biz təzyiqləri davam etdirəcəyik”, - o deyib.