Avropa Komissiyasının rəhbəri: Kataloniya ətrafındakı vəziyyət heç vaxt baş verməməli idi

Avropa Komissiyasının rəhbəri: Kataloniya ətrafındakı vəziyyət heç vaxt baş verməməli idi Jan-Klod Yunker: "Yaranmış vəziyyət mənim xoşuma gəlmir"
Digər ölkələr
20 Noyabr , 2017 01:48
Avropa Komissiyasının rəhbəri: Kataloniya ətrafındakı vəziyyət heç vaxt baş verməməli idi

Bakı. 20 noyabr. REPORT.AZ/ Avropa Komissiyasının sədri Jan-Klod Yunker Kataloniya ətrafında yaranmış vəziyyəti faciə adlandırıb.

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Kataloniya – böyük, nəhəng qayıqdır. Orada yaranmış vəziyyət mənim xoşuma gəlmir. Bu, bir çox mənada faciədir", - deyə o bildirib.

Avropa Komissiyasının sədri həmçinin baş verənlərdən təəssüfünü də ifadə edib. 

"O, siyasi mühiti gərginləşdirib, İspaniya və Kataloniya cəmiyyətlərində parçalanmaya gətirib çxarıb. Ailələrdə, dostlar arasında parçalanmaya səbəb olub. Bu, təəssüfedicidir. Bu, heç vaxt baş verməməli idi,” – deyə J.Yunker əlavə edib. 

Son xəbərlər

Orphus sistemi