Avropa Komissiyasının rəhbəri: "Brexit" razılaşması yalnız bu şəkildə mümkündür"

Avropa Komissiyasının rəhbəri: "Brexit" razılaşması yalnız bu şəkildə mümkündür" Razılaşma artıq müzakirəyə açıq deyil
Digər ölkələr
11 Dekabr , 2018 13:35
Avropa Komissiyasının rəhbəri: Brexit razılaşması yalnız bu şəkildə mümkündür
Getty Images
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması barədə əldə olunan razılaşma yalnız bu şəkildə mümkündür".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Avropa Parlamentindəki çıxışı zamanı bildirib.

O deyib ki, biz razılığa gəldik: "Bu razılaşma mümkün olanların ən yaxşısıdır və yalnız bu şəkildə mümkündür”.

Onun sözlərinə görə, "Brexit" sazişi artıq müzakirələrə açıq olmayacaq.

Xatırladaq ki, "Brexit"ə dair konsensusa nail olmaq üçün bu gün Böyük Britaniya Baş naziri Tereza Mey Avropanın bir sıra ölkələrinə səfərə başlayır.

Avropa Şurasının sədri Donald Tusk Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarını fövqəladə görüşə çağırıb. Görüşdə "Brexit" məsələsi, o cümlədən Britaniya tərəfinin ratifikasiya prosesini asanlaşdırması məsələsi müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi