Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Buça şəhərində olublar

Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Buça şəhərində olublar Ukraynada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.
Digər ölkələr
8 aprel 2022 18:20
Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Buça şəhərində olublar

Ukraynada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda məlumat verib.

Şmıxal əlavə edib ki, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə Rusiya hərbçilərini tez bir zamanda dayandırmağa çalışır.

“Biz Buçaya baş çəkdik. Mən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelə və Slovakiyanın baş naziri Eduard Heqerə Rusiya hərbçilərinin mülki ukraynalılara qarşı törətdiyi vəhşilikləri göstərdim. Biz bütün günahkarların beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsində Aİ-nin dəstəyinə ümid edirik”.

Son xəbərlər

Orphus sistemi