Yuxarı

Avropa Komissiyasının prezidenti: "Şengen saxlanılacaq"

Şengen zonasını qorumaq üçün xarici sərhədlərinin qorunması gücləndirilməlidir

Bakı. 16 dekabr. REPORT.AZ/ "Biz Şengen zonasına aid hər şeyi qorumaq istəyirik. Odur ki, Şengen saxlanılacaq". "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasındakı çıxışında deyib.

O, qeyd edib ki, Şengen zonasını saxlamaq və Avropa İttifaqı ölkələri daxilində insanların hərəkət azadlığını təmin etmək üçün bu ölkələrin xarici sərhədlərinin qorunması gücləndirilməlidir. Eyni zamanda, üzv ölkələr xarici sərhədlərinin qorunmasında müstəqilliklərini saxlayacaq.

Xatırladaq ki, Avropa Komissiyası Avropa İttifaqının xarici sərhədlərinə sistemli nəzarət və sahil təhlükəsizlik xidməti yaratmaq üzrə lazımi təkliflər hazırlayıb. Avropa Parlamenti də plenar sessiya çərçivəsində bu təklifləri müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi