​Avropa Komissiyası Ukraynanın vizasız rejim üzrə tədbirlərini təqdir edib

​Avropa Komissiyası Ukraynanın vizasız rejim üzrə tədbirlərini təqdir edib AK Kiyevin Aİ ilə viza rejiminin ləğvi üçün bütün şərtləri yerinə yetirdiyini bəyan edib
Digər ölkələr
18 Dekabr , 2015 22:05
​Avropa Komissiyası Ukraynanın vizasız rejim üzrə tədbirlərini təqdir edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Ukrayna Avropa İttifaqı (Aİ) ilə vizasız rejimə doğru gedən uzun yolda uğurlu sonluq üçün ilk real siqnal və ümid alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Avropa Komissiyası cümə günü Kiyevin Aİ ilə viza rejiminin ləğvi üçün qarşısına qoyulan bütün şərtləri yerinə yetirdiyini bəyan edib.

AK müsbət hesabatı ukraynalılara artıq gələn ildən Avropa ilə sərhədi vizasız keçmək ümidi verib.

Avropa İttifaqı ilə Ukrayna arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqa 2008-ci ildən start verilib. 2010-cu ilin noyabrında isə Aİ Ukraynaya vizanın liberallaşdırılması üzrə fəaliyyət planı təklif edib.

Son xəbərlər

Orphus sistemi