Bakı. 20 aprel. REPORT.AZ/ Avropa Komissiyası (AK) mayın 4-də Türkiyəyə vizasız rejim təklif edə bilər. Bunun üçün isə qardaş ölkə göstərilən vaxta qədər bütün şərtləri yerinə yetirməlidir.
"Report" xəbər verir ki, bu barədə AK-nın bu gün Brüsseldə açıqlanmış bəyanatında deyilir.
"Avropa Komissiyası Türkiyə üçün viza liberallaşdırılmasında tərəqqi üzrə üçüncü hesabatını mayın 4-də təqdim edəcək. Türkiyə qalan şərtləri də yerinə yetirməklə bağlı üzərinə götürdüyü öhdəlikləri həll edə bilsə, hesabat Türkiyəyə vizasız rejim tətbiqi haqqında qanunun təklifi ilə müşayiət olunacaq", - deyə bəyanatda qeyd olunub.