Avrokomissiya sabah Rusiyaya qarşı 4-cü sanksiyalar paketini təqdim edəcək

Avrokomissiya sabah Rusiyaya qarşı 4-cü sanksiyalar paketini təqdim edəcək Avropa Komissiyası martın 12-də Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təqdim etmək niyyətindədir.
Digər ölkələr
11 Mart , 2022 23:31
Avrokomissiya sabah Rusiyaya qarşı 4-cü sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyası martın 12-də Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təqdim etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

"Sabah biz Rusiyanın təcrid olunması və onun resurslarının tükənməsi üçün dördüncü tədbirlər paketini təqdim edəcəyik", - Avropa Komissiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanı qlobal dünyadan ayırmağa çalışacaq.

Ursula fon der Leyen öz bəyanatında, xüsusən də Ukrayna tərəfinin Rusiyanın guya mülki şəxslərin çıxarılması üçün humanitar dəhlizlərin açılmasına dair razılaşmaları pozması, habelə mülki obyektlərə zərbələr endirməsi ilə bağlı iddialarını təkrar edib.

Avropa Komissiyasının təklif etdiyi sanksiyalar, xüsusən də Rusiyanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında üzvlüyünün dayandırılmasını, ticarətdə ən əlverişli dövlət rejiminin ləğvini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi