Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib Avropa İttifaqının Rusiyaya qarşı yeni, 11-ci sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə yönələcək.
Digər ölkələr
9 may 2023 12:35
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqının Rusiyaya qarşı yeni, 11-ci sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə yönələcək.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə bildirib.

“10 sanksiya paketinin ardıcıl tətbiqi ilə artıq Rusiyanın imkanlarını ciddi şəkildə sarsıtmışıq. Ötən cümə günü Komissiya 11-ci sanksiyalar paketi ilə bağlı təklifini təsdiqləyib. O sanksiyalardan yayınmanın dayandırılmasına istiqamətlənib”, - U.Lyayen vurğulayıb.

AK sədrinin sözlərinə görə, Avropa İttifaqı artıq Rusiyadan idxalı təxminən üçdə iki həcmdə azaldıb.

Son xəbərlər

Orphus sistemi