Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək istəyir

Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək istəyir Avropa Komissiyası (AK) sahibləri sanksiyalara məruz qalan Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək niyyətindədir. Bu proses Avropanın Rusiyaya qarşı sanksiyalarının icrasını sürətləndirmək üçün nəzərdə tutulub.
Digər ölkələr
14 May , 2022 15:03
Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək istəyir

Avropa Komissiyası (AK) sahibləri sanksiyalara məruz qalan Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək niyyətindədir. Bu proses Avropanın Rusiyaya qarşı sanksiyalarının icrasını sürətləndirmək üçün nəzərdə tutulub.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Welt” yazıb.

Bildirilir ki, Brüssel Ukraynadakı müharibədə “əli olan” rusiyalı və belaruslu oliqarxlara və siyasətçilərə qarşı işi aktivləşdirməyə çalışır.

“Avropa Komissiyası yaxın vaxtlarda milli orqanların cinayət gəlirlərini izləmək, dondurmaq, müsadirə etmək və idarə etmək səlahiyyətlərini gücləndirmək məqsədilə aktivlərin müsadirəsi və qaytarılması üzrə mövcud hüquqi bazanın modernləşdirilməsinə dair təklif təqdim edəcək”, - AK vitse-prezidenti Marqaritis Şinas deyib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqında sanksiyaya məruz qalan şəxslərin aktivləri 139 milyard avro qiymətləndirilir ki, bunun da yalnız 1 faizi müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi