Avropa Komissiyası qaçqınları qəbuldan imtina üçün cərimə tətbiqini təklif edib

Avropa Komissiyası qaçqınları qəbuldan imtina üçün cərimə tətbiqini təklif edib Hər adama görə, 250 min avro (təxminən 290 min dollar) məbləğində cərimə təyin edilməsi nəzərdə tutulur
Digər ölkələr
4 May , 2016 15:47
Avropa Komissiyası qaçqınları qəbuldan imtina üçün cərimə tətbiqini təklif edib

Bakı. 4 may. REPORT.AZ/ Avropa Komissiyası qaçqınların qəbulu ilə bağlı qaydaların dəyişdirilməsi təklifi ilə çıxış edib. "Report" BBC-yə istinadən xəbər verir ki, təklifə əsasən, qaçqın və miqrantların qəbulu üzrə öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı maliyyə sanksiyaları sərtləşəcək.

Hər adama görə, 250 min avro (təxminən 290 min dollar) məbləğində cərimə təyin edilməsi nəzərdə tutulur.

Avropa Komissiyası öz kommünikesində buradan toplanacaq vəsiatin Avropa İttifaqının çətin maliyyə və iqtisadi vəziyyətdə olan ölkələrinin ehtiyacları üçün istifadə edilə biləcəyini qeyd edib.

Aİ-də yeni tədbirlərin ittifaq üzvü olan ölkələrdə miqrasiya məsələsi ilə bağlı gərginliyi azaldacağına ümid edirlər.

Yeniliyin təbiqi üçün Aİ-yə üzv ölkələrin əksəriyyətinin və Avropa Parlamentinin deputatlarının səs çoxluğu lazımdır.

Son xəbərlər

Orphus sistemi