Yuxarı

Avropa Komissiyası: "Norman dördlülüyünün" Minskdəki danışıqlarında irəliləyiş əldə oluna bilər"

Ukrayna ətrafında gedən danışıqların iştirakçıları böhrandan çıxmağın vaxtının çatdığını dərk edirlər

Bakı. 9 fevral. REPORT.AZ/ Avropa Komissiyasında ümid edirlər ki, fevralın 11-də Minskdə keçiriləcək Ukrayna ilə bağlı "Normand dördlüyünün" danışıqlarında irəliləyiş əldə olunacaq. "Report" "İTAR-TASS"-a istinadən xəbər verir ki, bunu Aİ XİN rəhbərlərinin görüşünə gələn Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə avrokomissarı Yohannes Xan bildirib. 

Bundan başqa, avrokomissar Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparan tərəflərin böhrandan çıxmağın vaxtının gəlib çatdığını dərk etdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi