Avropa Komissiyası müstəqillik əldə edəcəyi təqdirdə, Kataloniyanı Aİ-dən çıxaracaq

Avropa Komissiyası müstəqillik əldə edəcəyi təqdirdə, Kataloniyanı Aİ-dən çıxaracaq Aİ komissarı: "Avropa İttifaqı yalnız vahid İspaniyanı üzv kimi tanıyır"
Digər ölkələr
5 Oktyabr , 2017 15:43
Avropa Komissiyası müstəqillik əldə edəcəyi təqdirdə, Kataloniyanı Aİ-dən çıxaracaq

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Avropa İttifaqı yalnız vahid İspaniyanı üzv kimi tanıyır".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə komissarı Pyer Moskovisi deyib.

Onun sözlərinə görə, Kataloniya müstəqil olarsa, Aİ-dən çıxarılacaq: "Müstəqillik əldə edəcəyi təqdirdə, Avropa Komissiyası Kataloniyanı Aİ-dən çıxaracaq".

Eyni zamanda komissar hadisələrin belə gedişini "siyasi fantastika" adlandırıb.

O vurğulayıb ki, əslində, heç bir katalon müstəqilliyi yoxdur, amma böhrandan çıxış yolunu ispanların özləri dialoq vasitəsilə tapmalıdır.

Qeyd edək ki, Kataloniyanın müstəqilliyi üzrə "referendum" oktyabrın 1-də keçirilib, İspaniya hökuməti onun konstitusiyaya zidd olduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi