Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb

Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir
Digər ölkələr
19 Mart , 2021 17:46
Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb

Avropada yeni növ koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.

“Müxtəlif Aİ ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik”, - o deyib.

Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-də COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyini açıqlamışdı. O, bu vəziyyətin əsas səbəbinin Aİ ölkələri sakinlərinin aşılanmasında ləngimələrin olduğunu söyləmişdi.

Son xəbərlər

Orphus sistemi