Avropa Komissiyası Jan-Klod Yunkerin NATO sammitində sərxoş olması məsələsinə aydınlıq gətirib - VİDEO

Avropa Komissiyası Jan-Klod Yunkerin NATO sammitində sərxoş olması məsələsinə aydınlıq gətirib - VİDEO Bakı. 13 iyul. REPORT.AZ / Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerdə işialqiya tutması baş verib, indi özünü yaxşı hiss edir.
Digər ölkələr
13 İyul , 2018 16:12
Avropa Komissiyası Jan-Klod Yunkerin NATO sammitində sərxoş olması məsələsinə aydınlıq gətirib - VİDEO
getty

Bakı. 13 iyul. REPORT.AZ / "Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerdə işialqiya tutması baş verib, indi özünü yaxşı hiss edir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas deyib.

"O, dərmanlar qəbul edir və hazırda özünü yaxşı hiss edir. Artıq dünən o, NATO sammiti və digər tədbirlərlə əlaqədar tam proqramda işləyib, gələn həftəyə də onun sıx iş qrafiki var", - M.Sxinas deyib.

Qeyd edək ki, bir sıra KİV-lər Yunkerin dünən NATO-nun sammitində iştirak edərkən şam yeməyindən əvvəl sərxoş olduğunu bildiriblər. Yayılan videokadrlarda Yunkerə pillələri enməyə dövlət başçıları kömək edir və ayaq üstə çətinliklə dayanır.

Son xəbərlər

Orphus sistemi