Avropa Komissiyası İrlandiyaya 900 milyon avrodan çox vəsait ayıracaq

Avropa Komissiyası İrlandiyaya 900 milyon avrodan çox vəsait ayıracaq Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının nəticələri ilə əlaqədar İrlandiyaya ümumi dəyəri 930 milyon avro olan maliyyə yardımı paketi təqdim edəcək.
Digər ölkələr
7 Dekabr , 2021 03:43
Avropa Komissiyası İrlandiyaya 900 milyon avrodan çox vəsait ayıracaq

Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının nəticələri ilə əlaqədar İrlandiyaya ümumi dəyəri 930 milyon avro olan maliyyə yardımı paketi təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İslahatlar və Bərabər İnkişaf üzrə Avropa Komissarı Eliza Ferreyra bildirib ki, “Brexit” bir çox insanın həyatına mənfi təsir göstərib və bunu ən çox İrlandiyada yaşayan insanlar hiss edir.

Ölkənin 2021-2023-cü illər ərzində alacağı maliyyənin ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasına və iqtisadi artımın dəstəklənməsinə kömək edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi