Avropa Komissiyası Belarus, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayacaq

Avropa Komissiyası Belarus, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayacaq Avropa İttifaqının dövlət və hökumət başçıları Avropa Komissiyasını Rusiyaya dəstək verdiyi üçün Belarus, İran və KXDR-ə qarşı yeni sanksiyalar hazırlamağa çağırıb.
Digər ölkələr
22 Mart , 2024 01:47
Avropa Komissiyası Belarus, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayacaq

Avropa İttifaqının dövlət və hökumət başçıları Avropa Komissiyasını Rusiyaya dəstək verdiyi üçün Belarus, İran və KXDR-ə qarşı yeni sanksiyalar hazırlamağa çağırıb.

“Report”un məlumatına görə, bu barədə sammitin yekun bəyanatında deyilir.

“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Belarus, Şimali Koreya və İrana qarşı əlavə sanksiyalar hazırlamağa çağırır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, əgər Tehran Rusiya Federasiyasını ballistik raketlərlə təchiz edərsə, Aİ İrana qarşı əhəmiyyətli sanksiyalar tətbiq edəcək.

Son xəbərlər

Orphus sistemi