Avropa Komissiyası aşılanmış turistlərin Aİ-yə girişinə icazə verilməsini tövsiyə edib

Avropa Komissiyası aşılanmış turistlərin Aİ-yə girişinə icazə verilməsini tövsiyə edib Sərhədləri keçmə proseduru Aİ-yə üzv ölkələrin özləri tərəfindən müstəqil olaraq müəyyən ediləcək. Avropa Komissiyası bu sahədə yalnız tövsiyələr verə bilər
Digər ölkələr
3 May , 2021 15:49
Avropa Komissiyası aşılanmış turistlərin Aİ-yə girişinə icazə verilməsini tövsiyə edib

Avropa Komissiyası koronavirus pandemiyasının başlanğıcından bəri ilk dəfə olaraq Avropa İttifaqı (Aİ) ölkələrinə giriş məhdudiyyətlərini yumşaltmağı, Avropa Dərman Agentliyi (EMA) və ya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş peyvəndlərlə aşılanmış xarici turistlərin Aİ-yə girişinə icazə verilməsini tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Bununla yanaşı, sərhədləri keçmə proseduru Aİ-yə üzv ölkələrin özləri tərəfindən müstəqil olaraq müəyyən ediləcək. Avropa Komissiyası bu sahədə yalnız tövsiyələr verə bilər.

Avropa Komissiyası, həmçinin, vaksinasiyadan asılı olmayaraq, vətəndaşları Aİ-ni ziyarət edə biləcək dövlətlərin siyahısını artırmaq üçün digər ölkələrdə COVID-19-a yoluxma halları ilə bağlı qoyulmuş limitin genişləndirilməsini təklif edib. Bu siyahı ötən yay yaradılıb. Siyahıda əvvəlcə 14 dövlət var idi, lakin pandemiyanın ikinci dalğası yayıldıqca, 2021-ci ilin fevralına siyahıda 7 ölkə qalıb.

Son xəbərlər

Orphus sistemi