Avropa Komissiyası ABŞ-a səfər məhdudiyyətlərinin ləğv edilməsinə tərəfdardır

Avropa Komissiyası ABŞ-a səfər məhdudiyyətlərinin ləğv edilməsinə tərəfdardır “Hər iki tərəf üçün bərabər səviyyəli qaydaların tətbiq edilməsinə təkid edirik. ABŞ və Aİ-də epidemioloji vəziyyət oxşardır".
Digər ölkələr
4 Avqust , 2021 11:06
Avropa Komissiyası ABŞ-a səfər məhdudiyyətlərinin ləğv edilməsinə tərəfdardır
Ursula fon der Leyen

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen hesab edir ki, koronavirusun yayılması templərini azaltmaq üçün Avropa İttifaqına (Aİ) üzv ölkələrin vətəndaşlarının ABŞ-a səfərinə tətbiq edilən məhdudiyyətləri mümkün qədər tez ləğv etmək lazımdır.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

“Hər iki tərəf üçün bərabər səviyyəli qaydaların tətbiq edilməsinə təkid edirik. ABŞ və Aİ-də epidemioloji vəziyyət oxşardır", - AK rəhbərinin müsahibəsində deyilir.

O bildirib ki, Avropa İttifaqı ABŞ vətəndaşlarının səfərinə tətbiq edilən məhdudiyyətləri hələ iyun ayında ləğv edib.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden iyul ayında bildirmişdi ki, pandemiya səbəbindən Aİ vətəndaşlarının səfərinə tətbiq edilən məhdudiyyətlər yaxın zamanlarda ləğv edilə bilər. O, hazırda bununla bağlı mütəxəssislərdən rəy gözlədiyini deyib.

Son xəbərlər

Orphus sistemi