Avropa komissarı: "İraq və Suriyada 1400-dək avropalı uşaq ola bilər"

Avropa komissarı: "İraq və Suriyada 1400-dək avropalı uşaq ola bilər" Avropa İttifaqı (Aİ) Avropa ölkələrindən İraq və Suriyadakı münaqişə bölgələrinə gedən 2,5 minədək əcnəbi terrorçunun hazırkı vəziyyətindən bixəbərdir.
Digər ölkələr
25 İyul , 2019 15:24
Avropa komissarı: İraq və Suriyada 1400-dək avropalı uşaq ola bilər

Avropa İttifaqı (Aİ) Avropa ölkələrindən İraq və Suriyadakı münaqişə bölgələrinə gedən 2,5 minədək əcnəbi terrorçunun hazırkı vəziyyətindən bixəbərdir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik birliyi komissarı Culian Kinq Avropa Parlamentindəki dinləmələrdə bildirib.

“Bizim ehtimalımıza görə, Avropa ölkələrindən İraq və Suriyadakı münaqişə bölgələrinə cəmi 5500-dək əcnəbi terrorçu getmişdi ki, bunların üçdə ikisi kişilər, dörddəbiri də qadınlardır. Bunlardan azı 1400 nəfərin öldüyünü düşünürük”, - deyən komissar, təqribən, 1600 nəfərin də geri qayıtdığını güman etdiklərini bildirib.

“Yerdə qalan 2500 nəfər hesaba alınmayıb, harada olduqlarını bilmirik”, - deyən J.Kinq münaqişə bölgələrində valideynlərindən azı birinin Aİ vətəndaşı olan 1400-dək uşağın ola biləcəyini də diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi