Avropa İttifaqının qeyri-rəsmi sammitinin gündəliyi açıqlanıb

Avropa İttifaqının qeyri-rəsmi sammitinin gündəliyi açıqlanıb Avropa İttifaqının (Aİ) martın 10-11-də keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitinin iştirakçıları Ukraynadakı vəziyyəti, təşkilatın müdafiə və iqtisadiyyatının gücləndirilməsi, eləcə də Rusiyadan enerji resurslarından asılılığın azaldılması məsələlə
Digər ölkələr
9 Mart , 2022 06:15
Avropa İttifaqının qeyri-rəsmi sammitinin gündəliyi açıqlanıb

Avropa İttifaqının (Aİ) martın 10-11-də keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitinin iştirakçıları Ukraynadakı vəziyyəti, təşkilatın müdafiə və iqtisadiyyatının gücləndirilməsi, eləcə də Rusiyadan enerji resurslarından asılılığın azaldılması məsələlərini nəzərdən keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişelin dərc olunmuş məktubunda deyilir. Eyni zamanda, dərc olunan gündəmdə Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulu məsələsi qeyd olunmur.

"Avropa İttifaqı və onun üzv ölkələri Ukraynaya koordinasiyalı humanitar, siyasi, maliyyə və maddi yardım göstərir. Aİ ölkələri də müharibədən qaçan çoxlu insana ev sahibliyi edərək böyük həmrəylik nümayiş etdiriblər. Bu münaqişə və onun nəticələri bizim martın 10-11-də Versalda baş tutacaq qeyri-rəsmi görüşümüzün mərkəzində olacaq”, - Şarl Mişel qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətə görə bütün məsuliyyəti Rusiya daşıyır və Rusiyaya qarşı Avropa tarixin ən sərt məhdudiyyətlərini tətbiq etməlidir.

“Qeyri-rəsmi görüşümüzdə mən üç əsas məsələyə diqqət yetirmək istərdim: müdafiə qabiliyyətimizi gücləndirmək, enerji asılılığımızı, xüsusən də Rusiyadan qaz, neft və kömür asılılığımızı azaltmaq və Aİ üçün daha etibarlı iqtisadi baza yaratmaq”.

Son xəbərlər

Orphus sistemi