Aİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endirib

Aİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endirib Avropa İttifaqı (Aİ) İordaniya və Namibiya istisna olmaqla, qısamüddətli səyahət üçün icazə verilən ölkələrin siyahısını qısaldıb.
Digər ölkələr
3 Dekabr , 2021 07:24
Aİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endirib

Avropa İttifaqı (Aİ) İordaniya və Namibiya istisna olmaqla, qısamüddətli səyahət üçün icazə verilən ölkələrin siyahısını qısaldıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.

"Aİ-yə qeyri-məcburi səyahətlə bağlı müvəqqəti məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı qiymətləndirilmədən sonra səyahət məhdudiyyətlərinin ləğv edildiyi ölkələrin siyahısını yeniləyib”, - deyə məlumatda bildirilir.

Avstraliya, Argentina, Bəhreyn, İndoneziya, Kanada, Qətər, Kolumbiya, Küveyt, Yeni Zelandiya, BƏƏ, Peru, Ruanda, Səudiyyə Ərəbistanı, Uruqvay, Çili, Cənubi Koreya bu siyahıda qalıb.

Bundan əlavə, Aİ öz sərhədlərini Çin vətəndaşları üçün açmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi