Avropa İttifaqı ölkələri ruslara Şengen vizasını verilməsini dayandıra bilər

Avropa İttifaqı ölkələri ruslara Şengen vizasını verilməsini dayandıra bilər Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiya avqustun sonunda Aİ ölkələrinə ruslara Şengen vizalarına qadağa qoyulmasına baxmağı təklif edəcək.
Digər ölkələr
13 Avqust , 2022 05:18
Avropa İttifaqı ölkələri ruslara Şengen vizasını verilməsini dayandıra bilər

Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiya avqustun sonunda Aİ ölkələrinə ruslara Şengen vizalarına qadağa qoyulmasına baxmağı təklif edəcək.

“Report” xəbər verir ki, bu barədə “Inquirer” məlumat yayıb.

Çexiyanın xarici işlər naziri Yan Lipavskinin sözlərinə görə, müvafiq qadağa Rusiyaya qarşı daha bir təsirli sanksiya ola bilər.

O, bu ideyanı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin avqustun sonunda Praqada keçiriləcək qeyri-rəsmi görüşündə təklif edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi