Avropa İttifaqı Malidəki təlim missiyasını dayandırıb

Avropa İttifaqı Malidəki təlim missiyasını dayandırıb Avropa İttifaqı Malidəki təlim missiyasının işini və Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silah tədarükünü dayandırıb.
Digər ölkələr
17 May , 2022 22:54
Avropa İttifaqı Malidəki təlim missiyasını dayandırıb

Avropa İttifaqı Malidəki təlim missiyasının işini və Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silah tədarükünü dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Malidəki hakimiyyət orqanlarının qərarları və Rusiyadan olan muzdluların ölkədəki hərəkətləri ona gətirib çıxarıb ki, Aİ təlim missiyasını və Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silah tədarükünü dayandırıb”, - Borrel bildirib.

Son xəbərlər

Orphus sistemi