"Report" "Reuters"ə istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər şənbə günü, dekabrın 20-də qüvvəyə minəcək.
"Dekabrın 20-dən Krım və Sevastopola investisiya yatırmaq qanunsuz hesab olunacaq. Avropa və Avropa İttifaqında olan şirkətlər Krımda daşınmaz əmlak və müəssisə ala, Krım şirkətlərini maliyyələşdirə və bununla bağlı xidmətlər göstərə bilməyəcək", - deyə Avropa İttifaqı Şurasının saytına yerləşdirilən bəyanatda bildirilir.